Darıdağ duzunun faydaları

Darıdağ duzunun faydaları

Azərbaycanın Respublikasının mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Mineral suların təbii “muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral və müalicəvi su mənbəyi var.  Mineral suların bir hissəsi müalicə əhəmiyyətli (Sirab, Darıdağ, Badamlı və s.) kimi sulardır. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapırlar. 

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində belə səhiyyə müəssisələrinin də fəaliyyyəti dayandı. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf təbii üsullarla müalicə məqsədilə inşa olunmuş səhiyyə ocaqlarının da yenidən qurulmasına geniş imkanlar açıb. Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, Muxtar Respublikamızda da bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, yeni səhiyyə ocaqları ilə yanaşı, təbii üsulla müalicə məqsədilə yaradılmış Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilib. Muxtar Respublikada yerləşən bu mineral suların bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Onlardan biri də Darıdağ arsenli mineral suyudur.

Culfa rayonu ərazisində Culfa şəhərindən 8-9 km. şimal-şərqdə Darıdağın ətəyində, okean səviyyəsindən 900 metr yüksəklikdə 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Naxçıvan Muxtar Respublikasının mineral ehtiyatlarının kifayət qədər perspektivli olduğu, uzun illər azərbaycanlı və xarici mütəxəssislər tərəfindən araşdırmalar və elmi tədqiqat işləri aparılmışdır. 

Suyun tərkibinin araşdırılması hələ 1830-cu ildə Q.Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılıb, 1928-ci ildə isə Lanqvaqren bu suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənib. Sonralar Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı araşdırılıb. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı -natriumludur.  Son dövrlərdə isə professor Ə.Musayev öz təcrübələrində aşkar edib ki, Darıdağ arsenli isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olmamalıdır. Əks halda, ürək qan damarlarının genişlənməsi baş verər. 

Rusiyada “Sineqorsk” (Saxalin) Fransada “Lua-Bulbul”, Almaniyada, Polşada “Kudova”,  “Dürkgeym” adları ilə tanınan mineral bulaqlar  bu su ilə oxşarlıq təşkil edir. Darıdağ mineral suyu tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir.

Darıdağ arsenli su dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də Darıdağ arsenli sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır.

Qablaşdırılmış Müalicəvi duz bel-oma radikuliti, revmatik poliartrit, ostexondroz, dəri və dəri tipli sistem xəstəlikləri (Dəmirov xəstəliyi) , ginekoloji xəstəliklər, hamiləlik sonrası yaranan ləkələri, fəqərə diskinin sıxılmaları və oynaq ağrıları kimi xəstəliklərdə istifadə olunur.

Həmçinin, müalicəvi duzu heç bir xəstəlik olmadığı halda da saç tökülmələri halında, gün ərzində şişən ayaqlar üçün, ətə batan dırnaqlar üçün və dırnaq qırılması hallarında da istifadə etmək olar.

Revmatizmin, bel – oma radikulitin, osteoxondrozun, Dəri xəstəliklərinin, dırnaq batmalarının, hamiləlik sonraki ləkələrin, saç tökülməsinin xalq təbabəti olan Darıdağ arsenli qablaşdırılmış vasitəsi ilə müalicəsi zamanı və. s problemlere son goyulub. 

Bu sudan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edilib.

DARIDAĞ arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Müalicə müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür.

Darıdağ suyu qanyaradıcı və qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artiritlərə müalicəvi təsirini sübuta yetirmişlər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilmişdir ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir. 

Darıdağ suyunun müvafiq qaydalara uyğun şəraitdə qablaşdırılmış və qurudulmuş formaları öz kimyəvi sabitliyini (tərkibini) saxladığı üçün ev şəraitində də istifadəsinin mümkünlüyü onun dəyərini daha da artırır.

Revmatik xəstəlik.

Demək olar ki, müxtəlif yaş qruplarında revmatik xəstəlikləri olmayan ailə yoxdur. Əsasən 7-15 yaş uşaqlarda daha çox rast gəlinir. Yer kürəsinin 30-40% sakini, inkişaf etmiş ölkələrin 100 milyondan çox əhalisi revmatik xəstəlikdən, yer kürəsinin 15% osteoxondrozdan və artirozdan əziyyət çəkir. İnkişaf etmiş 16 ölkədə aparılan epidemioloji tədqiqatlar zamanı məlum olub ki, xroniki qeyri-onkoloji ağrıların ən çox rast gəlinən səbəbi  oynaq ağrıları və oynaq iıtihabıdır. 

İlin soyuq vaxtlarında başlayan Revmatizm epidemik xəstəlik olmasa belə onun yaranmasına şərait yaradan streptokok infeksiyası epidemik xarakter daşıya biler.

Bu xəstəliklərin əlamətləri hiss olunursa, mütləq müalicəyə başlamaq lazımdır. 10-12 gün qablaşdırılmış Darıdağ duz vannası qəbul etməklə revmatik xestelikldən azad olmaq olur. 

Radikulit fəqərəarası dəliyə daxil olan sinir köklərinin iltihabıdır. Güclü və dözülməz ağrı ilə özünü büruzə verən bu xəstəlik 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun defarmasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Oturaq həyat tərzi sürən insanlarda və professional idmançılarda daha çox rast gəlinir. Radikulitin boyun, boyun-çiyin, döş, bel-oma növləri var. 

Oyun radikuliti zamanı boyunda ağrı yaranır və bu ağrı başın hərəkəti zamanı güclənir. Bəzən başgicəllənmə, eşitmənin zəifləməsi, müvazinət pozğunluqları da (səndələmə) müşahidə olunur.

Radikulitin əlamətlərindən biri də zədələnmiş sinir proyeksiyalarında hissiyyatın itməsidir. Həmçinin keyləşmə, əzələ zəifliyi, göynəmə, baş ağrısı, baş gicəllənmə, eşitmə-görmə zəifliyi -bütün bunlar beyin-qan dövranı pozulması ilə əlaqədar yaranır.

Onurğanın aşağı hissələrinin radikuliti isə bağırsaqların və sidik kisəsinin funksiyalarında problemlərlə özünü biruzə verir.

Radikulitin səbəbləri

Radikulit 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun defarmasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Müasir inlanların az hərəkətli həyat tərzi bu xəstəliyin cavanlaşmasına və artmasına səbəb olur.

Radikulitin yaranmasına təsir edən əllamətlər. 

*Stress

*İnfeksiyalar

*Maddələr Mübadiləsinin pozğunluqları (artıq çəki)

* Ağırlıq qaldırma

Hamiləlik zamanı  çəkinin kəskin artması. 

Radikulitin müalicəsi kompleks şəkildə aparılmalıdır.

*Qablaşdırılmış Darıdağ arsenli suyunun duzu ilə evdə 10 - 12 seans duz vannası  qəbulu bu kimi xəstəliklərdə agrılardan azad olmaga kömək edir. 

* Medikamentoz müalicə

*Fizioterapiya

*Manual terapiya

* Müalicəvi idman

Hamiləlik ləkələri. 

Hamiləlik zamanı qadınların dərilərində Hormonal sistemdə baş verən dəyişikliklər, orqanizmin vitamin balansının aşağı düşməsi dəridə quruluğu artırır, qaşıntı, səpgilər, çatlar meydana gəlir. Bəzi hamilələrdə hamiləlik müddətində bədənin əksər hissəsi ləkələrlə örtülür. Hamiləlikdə dəridə ləkələrin meydana gəlməsi hormonların miqdarının artması ilə əlaqədardır.

Hamiləlik maskası adlanan bu ləkələr, üzün görünən bütün hissəsini tutur.   yanaqlar, çənə, alın, burunun üstü və yanları, üst dodaq qəhvə rəngində piqment ləkələrlə örtülür. Qadınlarda hamiləlik zamanı əmələ gələn bu ləkələr doğumdan sonra itsədə bir çox hamilələrdə  qalıcı ləkələr olaraq qalır. Qablaşdırılmış Darıdağ arsenli suyunun duz vannasının ev şəraitində 10 _12 seans olmaqla hər istifadədə 200g qəbulu bu ləkələrin getməsində mühüm rol oynayır. 

Həddindən artıq saç tökülməsi təhlükəsi yaşıyırsınızsa Qablaşdırılmış Darıdağ Müalicəvi duzunu saç tökülmələrinə qarşı istifadə edə bilərsiniz. 10 seans olmaqla hər istifadədə 10 litrlik suya 50-100 qram Darıdağ duzu qarışdıraraq saçlarınızı yuyun, saç tökülmələrinin qarşısını alın.və bu 10 gün müalicə müddəti ərzində saçları şampun ilə yumaq olmaz. 

Sağlamlığın qorunması hər bir şəxsin əsas qayğılarındandır. Bunun üçün təbii ehtiyat olan Qablaşdırılmış Darıdağ arsenli suyununun duz vannasından qəbul edərək yuxarıda qeyd olunan xəstəliklərdən azad olun, ağrılara son qoyun.