Duzun bilinməyən və ağıla gəlməz təsirləri

Duzun bilinməyən və ağıla gəlməz təsirləri

İnsanların həyatında duz qida, su qədər önəmli yerlərdən birini Tutur.

Əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsuludur. Deyilənlərə görə, duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilib. Belə ki, Türk xanın oğlu Tütək xan çöl düzündə ətdən hazırlanmış kabab yeyərkən əlindəki ət tikəsi yerə düşüb. Onu qaldırıb yedikdə tikənin dadının dəyişdiyini hiss edib. Ona məlum olub ki, bu duzdur və o zamandan etibarən duzdan mətbəxdə istifadə olunur.

Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən duza tarixən böyük ehtiyac olmuşdur. Dünyanın ən qədim qida əlavəsi olan duz keçmişdə çox bahalı idi. Ondan pul kimi istifadə edirdilər. Süfrəyə isə duz bahalı qablarda verilirdi, o, bolluq və varlığın rəmzi sayılırdı. Hörmətli qonağı çörək və duzla qarşılamaq adəti isə bəzi xalqlarda hələ də qalıb.

Hələ qədim zamanlardan təbabətdə də duzdan geniş istifadə edilib və edilir.

Dünyanın müxtəlif ölkələrindəki xalqların təbabəti ilə bağlı aparılan araşdırmalar zamanı əldə edilmiş materiallarda açıq-aydın göstərilir ki, duzun müalicəvi əhəmiyyəti insanın həzm prosesində mühüm rol oynayır. Buna misal olaraq Suriyada Nesturi məzhəbinə aid tibb kitabında duzun mədə xəstəliklərinə qarşı yaxşı vasitə olduğu qeyd edilib, qədim hind təbabətində duzun ağrıkəsici, mədəyuyucu, mühüm dezinfeksiyaedici vasitə olduğu vurğulanıb. Çində isə miladdan öncə 2700-cü ildə duzdan dərman kimi istifadə olunduğuna dair mənbələrdə çoxsaylı məlumatlar var. 

Duzun təbabətdə yeri. Ənənəvi tibb də duzun müalicəvi xüsusiyyətlərini təsdiq edir.

Tanınmış rus cərrahı Piroqov müharibə zamanı duz islatmalarını yaraların müalicəsində uğurla istifadə edirdi.

Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahi Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi. 

Qədim dövrlərdən bugünə kimi duz məhluludan boğaz iltihabı ( tonzilit ) zamanı, diş və damaqların iltihabları zamanı, göbələkəleyhinə müalicə zamanı, irinli yaralar, furunkullar zamanı, baş ağrıları zamanı, təzyiq aşağı olan zaman, saçların tökülməsi zamanı, oynaq xəstəlikləri (artrit və artroz) zamanı, döş xərçəngi zamanı, ginekoloji xəstəliklər zamanı, üzdə bəzi problemlerin aradan qaldırılması üçün edilen müalicələr zamanı istifadə edilir. Böyük Vətən müharibəsi zamanı dərmanlar çatışmırdı və həkimlər əsgərlərin yaralarına duzlu suda isladılmış sarıqlar qoyurdular. Duz məhlulu ilə islatmalar yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalır.

 

 *İrinli yaralar, furunkullar zamanı 1 stəkan suda 1 xörək qaşığı duz həll olunur, bu məhlulda bir neçə qat qatlanmış tənzif isladılır və yaraya qoyulur.

 *Kosmetoloji müalicə zamanı xörək duzunu yağlı xama ilə qarışdırın və skrab şəklində üz dərisinə istifadə edin. Bu skrabüz dərisinə çox müsbət təsir edir, cavanlaşdırır, dərini yaxşı təmizləyir, daha hamar və daha parlaq edir, dərinin rəngini yaxşılaşdırır. Duzu istənilən yağlı kremə (zeytun yağına) əlavə edin və yüngül hərəkətlərlə massaj xətləri üzrə üz dərinizə bir neçə dəqiqə ərzində sürtün və sonra dəridə 5-10 dəqiqə saxlayıb yuyun. Bu vasitə dərini ölmüş hüceyrələrdən təmizləyir, dərini sanki cilalayır, ipək kimi edir. 

*Göbələkəleyhinə müalicə zamanı duzla ayaq vannaları  yaxşı kömək edir. 1L su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur. Həmçinin bu sadə vasitə pis ayaq qorusunu yox etməyə kömək edir.

*Tonzillit (angina) zamanı 1 stəkan ilıq  suya 1çay qaşığı duz və yod qataraq qarqara edilərsə bogaz agrılarının azalmasına kömək eder. 

*Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.

*Təzyiqi aşağı xəstələrə duzlu yemək və içki verilərək təzyiq yüksəldə bilir.

Saç üçün duzun istifadəsi:

Duzla saç maskaları çox təsirli müalicəvi və profilaktik vasitədir.

Duz saç follikullarının aktivliyini stimullaşdırır, saçları möhkəmləndirir, kəpəklə və saç tökülməsi ilə mübarizə aparır, saçlara sağlam parlaqlıq və yumşaqlıq verir. Duz baş dərisinə skrab kimi təsir edir. Nəticədə dəri ölmüş hüceyrələrdən, artıq piydən azad olur ki, bu da öz növbəsində baş dərisinin qan dövranını yaxşılaşır.

Duzla bu kimi saç maskaları hazırlamaq olar.

*2 xörək qaşığı dəniz duzu (apteklərdə satılır) 3 xörək qaşığı qatıqla yaxşı qarışdırın və baş dərisinə çəkib yaxşı-yaxşı massaj edin. Daha sonra maskanı 1 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.

*1 yumurtanı yaxşı çalın, 2 xörək qaşığı dəniz duzu, 1/2 limonun şirəsini əlavə edib yaxşı qarışdırın və baş dərisinə çəkib massaj edin. Maskanı 1 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.

*Bananı blenderdə əzin, 2 xörək qaşığı dəniz duzu əlavə edıb qarışdırın və baş dərisinə çəkib massaj edin. 1 saatdan sonra saçlarınızı yuyun.

Əgər baş dərisində hər hansı səpgilər, yaralar və s. varsa, bu maskalardan istifadə etməyin. 

 *Saçların tökülməsi zamanı baş dərinizə massaj xərəkətləri ilə duz sürtün. Duz baş dərisində qan dövranını yaxşılaşdırır, dəriyə antiseptik təsir edir, kəpəklə mübarizə aparır.

Yağlı saçlara qarşı: 

Bunun üçün sizə lazım olan tək şey, 2 və ya 3 xörək qaşığı süfrə duzunu istifadə etdiyiniz şampuna əlavə edin və onunla saçlarınızı yuyun. Hətta ilk bir neçə prosedurdan sonra nəticəni görə biləcəksiniz. Saçlarınız artıq yağ olmadan sağlıqlı olacaq.

Kəpəyə qarşı müalicə:

Kəpək, baş dərisində formalaşmış ölü dəri hüceyrələrinin qatlarıdır. Duz, baş dərisinin sağlamlığı üçün çox vacib olan qan dövranını stimullaşdırır və eyni zamanda mövcud kəpək topalarını aradan qaldırır. Həm də baş dərisini göbələk yaranmasından qoruyur. Saçlarınızı hissələrə ayırın, saç dərinizə 1 və ya 2 çay qaşığı duz səpin və islaq barmaqlarınızla 10 dəqiqəyə qədər massaj edin. Daha sonra həmişə etdiyiniz kimi yuyun.

 

 *Diş və damaqların iltihabları zamanı da bu məhluldan istifadə etmək olar (1/2 ç.q. duz + 1 stəkan su). Məhlulu tez-tez qarqara şəklində istifadə edirlər. Duz iltihabın azalmasına kömək edir.

Soyuq fəsillərdə qrip və soyuqdəymə xəstəliklərin epidemiyaları zamanı çoldən, məktəbdən, mağazadan və s. evə qayıtdıqda uşaq və böyüklərin burnu tutulur və axır. 

*Burun tıxanıglığı və axması zamanı uşağın burnunu duzlu su ilə yuyun və duzlu su ilə qarqara edin. Bu çox effektli profilaktik vasitədir (böyüklər də bu vasitədən istifadə edə bilərlər). 

*Oynaq xəstəlikləri (artrit və artroz) zamanı duz məhlulu ilə islatmalar (2 çay qaşığı duz + 1 stəkan qaynanmış ilıq su) xəstələrə çox yaxşı kömək edir. İlıq məhlulda 8 qat qatlanmış tənzifi isladın, sıxın və oynağın üzərinə qoyub 10-15 dəqiqə saxlayın. 

*Müxtəlif dəri xəstəlikləri və iltihabları zamanı duz vannaları və duz məhlulu ilə olan islatmalar çox yaxşı kömək edir. Dəridə hematomalar, qançırlar, yanıqlar olduqda duzlu su ilə olan islatmalardan istifadə edin. 

*Dəridə olan xalların və papillomların müalicəsi zamanı qatı duzlu suda isladılmış kiçik parçanı dəridə olan xallara və papillomlara yapışdırıcı ilə yapışdırıb saxladıqda bir müddət sonra onlardan xilas olmaq mümkün olur. 4-5 dəfə bu proseduru təkrarlamaq xalların əriyib itməsinə səbəb olur. Mütəxəssislər duzlu su ilə bəzi şiş xəstəliklərinin sağaldığını qeyd edirlər. 

*Döş xərçəngi zamanı dörd yerə qatlanmış pambıq parçanı duzlu suda isladıb döş vəzilərinin üstündə gecə boyu saxlamaq döş xərçəngini sağaldır. Bunun üçün proseduru uzun müddət eləmək lazımdır.

*Uşaqlıq yolu xərçəngi zamanı duzlu suda isladılmış tamponu 15 saatdan az olmayaraq uşaqlıq yolunda saxlamaq uşaqlıq boynu xərçənginin əlamətlərini azaldır. Bunun üçün proseduru ən az 2 həftə ardıcıl olaraq tətbiq eləmək lazımdır.

*Həftədə 1-2 dəfə dəniz duzu ilə olan vannaları qəbul edin (dəzin duzu olmadıqda, adi xörək duzundan istifadə edin). İlıq suya 5 qaşıq duz əlavə edin. Belə vannalar bədən dərisinə çox müsbət təsir edir, qan dövranı yaxşılaşdırır.

*Həddindən artıq istifadə edən kəslərdə, əzələ krampları meydana gəlir. Bu kramplardan duzlu su əridilərək xəstə müalicə edilir. 

*Duz vannaları arıqlamağa kömək edir, bədən dərisini daha hamar edir, cavanlaşdırır, orqanizmi toksinlərdən və şlaklardan təmizləyir. Dolu vannaya 1/2 kq duz tökmək lazımdır. Duz kiçik çit torbaya tökülür və bu torba suya salınır. Suyun temperaturu - 38 C-dən yuxarı olmamalıdır. Vannalar 10-15 gün 20 dəqiqə ərzində qəbul olunur. Bu sadə üsul 5 kq qədər arıqlamağa kömək edə bilər. 

İnsan orqanizmi nə qədər duz qəbul etməlidir? 

Sağlam həyat qaydalarından biri də gündəlik natrium ehtiyacını qarşılayacaq şəkildə duz istehlak etməkdir. Gündəlik natrium ehtiyacı 2400 milliqram. Bu miqdar gündəlik 5 qram duzla qarşılana bilər. Qidaların içində olan təbii duz (natrium) fərdlərin gündəlik ehtiyacını qarşılayır.

Süfrə duzları yodla zənginləşdirilmişdir. Çox az miqdarda (1/4 çay qaşığı) yodlu duz, gündəlik yod ehtiyacını qarşılamaq üçün kifayətdir. Yod tez itkiyə uğradığında yodlu duzlar işıq keçirməyən bağlı qablarda saxlanmalıdır. Hamiləlikdə yod çatışmazlığı ana qarınındakı körpənin həm beyin, həm də bədən inkişafını mənfi təsir edir. Hamiləlikdə yod çatışmazlığı başağrılara, ölü doğumlara, körpənin maneəli doğulmasına, körpələrdə zəka geriliyinə səbəb olar. Uşaqlıq və gənclik dövründə yod çatışmazlığı fiziki və zehni inkişaf geriliyinə səbəb olmaqdadır. 

İnsan orqanizminə duzun zərərləri. 

*Yüksək təzyiqə və ürək və damar xəstəliklərinə gətirib çıxarır. 

*Bəzi insanlarda, böyrəyin duz ( NaCl ) atma tutumu məhdud ola bilər və gərəyindən çox duz alınması, hiper təzyiqin ortaya çıxmasına və ya hiper təzyiqin müalicəsində müvəffəqiyyətsizliyə yol aça bilər. 

*Həddindən artıq duz istehlakı, sidikdə kalsium atılmasını artırar. Bu isə sümüklərdə kalsium itkisinə səbəb olar. Kalsium itkisinin artımı isə sümük əriməsinin (osteoporoz) və sümüklərin qırılma riskini artırır. 

*Pəhriz saxlayan şəxslərin duz istehlakına diqqət etməsi lazımdır. Çünki çox duz, bədəndə su tutulmasına gətirib çıxarır və bu vəziyyət adamda şişkinlik hissinə səbəb ola bilər. 

*Duzun iştah açan bir xüsusiyyəti olduğundan, xüsusilə pəhriz dövründə yüksək miqdarda istifadə edilməməlidir. 

* Hamilələrdə sağlamlıq problemləri yarada bilər.

Dağlarımızın altından, bəyaz büllur saraylardan çıxarılan duzun qədir-qiymətini bilməli, sərvətimizin daha bir neçə min illərboyu xalqın rifahına xidmət etməsi üçün çalışmalıyıq.