Miomalar və onların yaranma səbəbi

Miomalar və onların yaranma səbəbi

Sağlamlıq insan həyatında ən önəmli məfhumlardan biridir. Amma söhbət qadının, gələcəyin və ya indinin anasından gedirsə məsələnin məsuliyyəti 2 qat artır. Qadın xəstəlikləri arasında ginekoloji xəstəliklər xüsusi yer tutur. Qadın sağlamlığını risq altına qoyan əsas səbəblər kimi ətraf mühitin ekoloji təsvirini, dərman preparatlarının kontrolsuz təyinini (əsasən də antibiotiklərin ), psixoloji vəziyyəti qeyd etmək olar. 19-cu əsrin əvvəlində alman psixiatrı İohan Haynrot tibb "psixosomatika" (psycho - ruh, somos - bədən) termini daxil edib. Alim öz təcrübəsindən belə qərara gəlib ki, bir çox bədən xəstəliklərinin səbəbi ruhdur, yəni emosiyalardır. Təbii ki, söhbət mənfi emosiyalardan, mənfi hisslərdən gedir. Xüsusilə insan bu hissləri uzun müddət ərzində yaşayır, onları gizlədir, boğur, onlardan əziyyət çəkirsə, bu somatik xəstəliklərin inkişafına təkan verir. Müasir elm də mənfi emosiyaların insan sağlamlığına olan təsirini təsdiq edir və psixosimatikanı daha dərin öyrənir. Mioma kista və. s xəstəliklər xəyanətlə üzləşmiş, həyat yoldaşını sevməyən, ona etibar etməyən, öz qadınlığından imtina edən qadınlarda daha tez-tez təsadüf edilir. Miomalar qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir. Hər dörd qadından birində rast gəlinir. Qadınlar arasında geniş yayılmış fibromiomaların yaranma səbəbləri, yayılma xüsusiyyətləri, müayinə və müalicəsi, həmçinin türkəçarə vasitəsilə bu xəstəlikləri dəf etməyin yolları barədə danışmağı qərara aldıq. Fibromalar həmçinin fibroidlər, leyomiomalar və miomalar kimi də tanınır. Əvvəla baxaq görək nədir bu xəstəlik? Əziz və dəyərli xanımlar, bilin ki, uşaqlığın mioması – uşaqlığın divarından, yetişməmiş miositlərindən inkişaf edən xoşxassəli şişdir. Bu törəmələrin sayı bir və daha çox ola bilir. Ölçüləri dəyişkəndir: düyü boyda da ola bilir, qreypfrut (sitrus meyvəsidir) boyda da. Mioma ya uşaqlığın divarında yerləşir, yaxud nazik ayaqcıqla kənara çıxır. Mioma böyüyüb ətraf toxumaları sıxmadıqca simptomsuz olur, yəni heç bir əlamətlə özünü büruzə vermir. Ayaqcıq üzərində olan miomalar bəzən burulur, bu zaman əmələ gələn düyünə qan getmir, nəticədə təcili cərrahi əməliyyat tələb edən kəskin ağrılar başlayır. Qeyd etdiyimiz kimi Miomalar uşaqlığın əzələ toxumasından qaynaqlanan xoşxassəli şişlərdir. Reproduktiv dövrdə olan qadınlarda 20-40% müşahidə edilir. Hormonal həssas kütlələr olub, reproduktiv dövr ərzində yavaş-yavaş böyüyə bilir, klimaksdan sonra qadınlıq hormonlarının azalması ilə birlikdə kiçilməyə başlayırlar. Miomaların səbəbi məlum olmamaqla birlikdə, irsi və genetik meyllilikdən bəhs edilə bilər. Məsələn, Afro Amerikan qadınlarda 80% rast gəlinir. Miomaların 50%-i müayinə zamanı təsadüfən ortaya çıxır və heç bir şikayətləri olmur. Şikayət olunan miomaların səbəb olduğu əlamətlər isə miomanın uşaqlıq daxilindəki yer və ölçüsündən asılıdır. Uşaqlıq daxilindəki menstruasiya olan təbəqəyə yaxın olanlar, menstruasiya qanaxmasının çox olmasına, sancılı menstruasiyalara  və qansızlığa səbəb ola bilər. Uşaqlığın xarici hissəsinə yaxın olanlar isə ətraf orqanlara göstərdikləri təzyiq səbəbi ilə diureya baş verir, qəbzlik, şişmə və qasıq nahiyələrində olan ağrılar kimi şikayətləri olur. Hamilə qalmaq istəyən qadınlarda miomalar olduqları yer və ölçüsünə görə hamiləlik şansını azalda bilər, uşaq salma və erkən doğuşa səbəb ola bilər. Ümumiyyətlə, ədəbiyyatın təhlili göstərir ki, ağ dərili qadınlarda həyat boyu fibromiomanın inkişafı riski yüksəkdir. Fibromaların qadın əhalisi arasında geniş yayılmasına baxmayaraq, onların müalicəsinə dair randomizasiya olunmuş tədqiqatlar çox az sayda aparılıb. Qadınları adətən cavan 30 -45 yaşlarında yaxalayır mioma. 35 yaşdan sonra mütəmadi olaraq müayinə gərəklidir. Mioma nədən yarana bilər? 

 – Heç doğuş etməmək; 

 – Menstruasiyanın erkən yaşlarda başlanması;  

– Düzgün qidalanmamaq; 

 – Artıq çəki; 

 – Spirtli içkidən çox istifadə;  

– Yüksək təzyiq;  

– Genetik faktor;  

– Hormonal pozuntular;  

– Hədsiz stress. 

Miomalar (Uşaqlıq mioması) xərçəngə çevrilir mi?

Fibroids- heç bir vaxt xərçəng xəstəliyinə çevrilmir. Təbiətən xoşxassəli şişlər olan miomalar nadir hallarda bədləşir. Ancaq forması çox böyüyə bilər. Fibroma böyüyən zaman, uşaqlıq hamiləlikdə olduğu kimi böyüyür. Fibroidsin böyüklüyünü hamiləlik təqvimi ilə ölçürlər. Əgər həkim fibroidsin həcmini 15 həftə deyirsə, demək uşaqlıq 15 həftəlik hamiləlikdə olduğu kimi boyüyüb. Qeyd etdiyimiz kimi Menopauza dövründə onlar kiçilə, bəzən yoxa çıxa bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, böyük miomalar sonsuzluğa və yaxud yalançı hamiləliyə səbəb ola bilirlər! Buna görə də xanımlar çox diqqətli olmaq lazımdır. Fibromalar səbəbindən qanaxma həm də menopauza keçirən qadınlarda müşahidə edilə bilər. Lakin bu yaşda olan qadın əhalisində cinsiyyət yollarından qanaxma ciddi müayinənin aparılmasını və endometrial hiperplaziya, karsinoma (bədxassəli törəmə) və digər bu kimi xəstəliklərin istisna edilməsini tələb edir. Böyük ölçülü fibromalar və böyümüş uşaqlıq özü özlüyündə "böyük kütlə" nəticəsində qarındaxili simptomlara səbəb ola bilər. Həmin simptomlar arasında mədə-bağırsaq və sidik ifrazı sistemlərinin funksiyasının pozulması tez-tez rast gəlinir. Ağrılı aybaşılar, aybaşılarla bağlı olmayan çanaqdaxili ağrı, sonsuzluq və təkrarlanan spontan abort halları da fibromioma səbəbindən yarana bilən simptomlardır. Lakin qeyd edilməlidir ki, fibromiomaların bir çoxu asimptomatik olur. Simptomatik fibromiomaları olan bəzi qadınlarda fibromiomalar səbəbindən baş verən ağır menstrual qanaxmalar menopauza başladıqdan sonra aradan qalxmış olur. Həmçinin menopauza keçirən qadınlarda fibromalar çox vaxt büzüşür, kiçilir və fibromiomaların səbəb olduğu simptomların yaxşılaşması müşahidə edilir. Bilin ki, miomalar aşağıdakı cəhətlərə görə bir-birindən fərqlənir: 

Lokalizasiyalarına görə miomaların çoxsaylı aralıq variantları mövcuddur (müsariqəaltı,əzələarası, selikaltı); 

Ölçülərinə görə kiçik, orta və böyük şişlər formasında ola bilirlər; 

Yerləşməsinə görə uşaqlığın dibində, cismində və boynunda rast gəlinir; 

İnkişaf xarakterinə görə qan dövranının pozulması, ödemlə əlaqədar olan yalançı böyümə və saya əzələ qişasının proliferasiyası ilə bağlı həqiqi böyümələr olur; 

Morfo-histokimyəvi xüsusiyyətlərinə görə sadə və proliferasiya edən (yetişən, hüceyrələrin sayının çoxalması nəticəsində uşaqlıqdakı düyünlərin qalınlaşması) ola bilirlər. Əgər sizdə miomaların hər hansı növü aşkarlanıbsa, “xoşxassəlidir” deyib, qulaqardına vurmayın. Sağlamlığınıza, səhhətinizə həssaslıq göstərin. Nəzərə alın ki, bu, düşündüyünüz qədər də sadə və ya zərərsiz xəstəlik deyil... Çünki ömrünüzün ən gözəl illərində, cavanlığınızın ən qaynar çağında sizi yaxalayan fibromiomalar kifayət qədər qanınızı qaralda bilər. Reproduktiv yaş dövrünü yaşayan qadınlar arasında ən geniş yayılmış xəstəlik olmaqla, uşaqlığın mioması alimlərin fikrincə, 10-30% arasında dəyişir. Ümumiyyətlə qadınlar arasında profilaktik baxış keçirilən zaman 1-5% hallarda miomaya rast gəlinsə də, praktika göstərir ki, ginekoloji xəstələr arasında həmin rəqəm 30-35%-ə qədər yüksəlir. Patomorfoloji müayinələr (yəni ölülərin müayinəsi) zamanı isə daha bir fakt üzə çıxıb: bəlli olub ki, ölmüş hər 100 qadından 77-sinin uşaqlığında mioma aşkar edilir. Bu faktsa həkimləri ciddi düşünməyə vadar edir. Ömrünün gənclik illərini yaşayan 20-30 yaşlı qadınlarda miomaya nadir hallarda rast gəlinir. Həmin yaş dövründə miomalar 0,9 faizdən 1,5 faizədək ehtimalla aşkar edilir ki, bu da adətən irsi amillə əlaqədar olur. Yəni xəstənin anasında, yaxud yaxın qohumlarında mioma olduğu hallarda baş verir. Həmin hallarda genetik kodlar, irsi daşıyıcılıq rol oynayır. Miomaların növləri 1-Suberous mioma-(uşaqlığın xarici təbəqəsində) 2-İntramural mioma-(uşaqlığın orta təbəqəsində) 3-Submukous mioma-(uşaqlığın daxili təbəqəsində) Ən çox rastlanılan isə-intramural miomadır.İntramural miomalar özünü adətən uzun müddət aybaşı qanamalarının olması ilə biruzə verir.Bildiyiniz kimi,uşaqlıqda olan bəzi əzələlər sayəsində bizim menstruasiya dövrümüzdə bədənimizdə olan bütün qan xaric olmur.Bu mioma olduğu zaman qanamanın dayanması xüsusiyyəti azalır. Fibroids düyünləri çox və vahid də ola bilər. Bütün şiş miometriya hüceyrələrinin düzgün bölünməməsi nəticəsidən ibarətdir. Sonsuzluğun səbəbi adətən submukous fibroidisi olur. Submukous fibroidsin əlaməti, aybaşı zamanı güclü qanaxmadır. Erkən başlananda bu xəstəlik çox zaman simptomsuz olur. Ən əsas simptom, aybaşı zamnı qan axımının güclü və ya dövrün qısalması, qan məbləğinin də azalaması olur. Qarın nahiyəsinin aşağı hissəsində və beldə ağrılarda müşahidə oluna bilər. Adətən ağrı aybaşı zamanı və cinsi əlaqədə olarkən hiss olunur. Şişin ölçüsündən aslı olaraq qəbizlik və tez-tez sidiyə getmə müşahidə olunur.Şiddətli qanaxma olduqda qadında xroniki animeya yaranır. Müalicəsi: Bütün miomaların 10-20 %-i müalicə olunmalıdır. Digər hallarda gözləmə taktikası seçilir. Yəni mioma qadında heç ir narahatçılıq törətmirsə, onu müalicə etmək lazım deyil. Amma müntəzəm ginekoloq və ultrasəs müayinəsində nazarətdə saxlamaq məsləhətdir. USM (UZİ) zamanı mioma düyünləri sürətlə böyüyürsə, müalicə etmək məsləhətdir. Müalicə konservativ və cərrahi ola bilər. Müalicə növünün seçilməsi müxtəlif faktorlardan asılıdır və ginekoloq müəyyənləşdirir. Təbii tərəfdən miomalara təsir etmək üçün aşağıda qeyd olunanları tətbiq etmək lazımdır. Miyoma və fibromaların müalicəsində xəstə Darıdağ Müalicəvi duzu qatılmış su ilə vanna qəbul edə bilər. Vannanın istilik dərəcəsi 39-41 dərəcə olmalıdır. 200 qram Darıdağ duzu vannada su ilə qarışdırılaraq həll olunur. Müalicə 12 seans davam etməlidir. Hər seansda vannaya 200 qramlıq Darıdağ duzu qatılır.