Saç tökülməsinin səbəbləri və qarşısını almaq üçün həll yolları

Saç tökülməsinin səbəbləri və qarşısını almaq üçün həll yolları

Gözəl saçlar gözəlliyin və özünə hörmətin bir yoludur. Çünki sizin saçlarınız, onların forması üzünüz və geyiminizi dəyişdirəcək bir amildir. Hələ qədim Yunanıstanda gur saçlar gücü, gözəlliyi və daxili aləmi ifadə edirdi

Həm qadınları, həm də kişiləri keçmişdə və müasir dövrdə ən çox narahat edən problemlərdən biri də saç tökülməsidir.

Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biri olub. Kimi saç tökülməsini normal proses kimi qəbul edir, kimi saç tökülməsinin qarşısını almaq üçün həkim məsləhəti olmadan müxtəlif maskalardan istifadə edir, ancaq çox az sayda insan saç tökülməsi ilə bağlı həkimə müraciət edir. Bir çox insanlar xəbərsizdir ki, saç tökülməsi yalnız baş dərisi ilə əlaqəli deyil, bir sıra hallarda daxili orqanlarda baş verən problemlərdən irəli gəlir.

 Getdikcə daha çox insan keçəlləşmə, seyrək saçlar, kəpək, yağlı, ya da əksinə, quru baş dərisi və digər problemlərlə üzləşir. Ümumiyyətlə, baş dərisində hər bir saçın ömrü 2-6 il olur: "Buna görə də saç daim tökülür. Bu, fizioloji bir proses hesab edilir. Yəni saç tökülür, yeniləri əmələ gəlir. Normal halda gündə ən azı 50-100 arasında saç tökülür. Bu, əsasən, yaz, payız aylarında özünü daha çox büruzə verir.

Baxmayaraq ki, nəticə etibarı ilə həm keçəlləşmə, həm də saç tökülməsi insanın xeyli miqdarda saç itirməsinə gətirib çıxarır bu proseslərin səbəbləri müxtəlifdir. Saç tökülməsinin səbəbləri arasında, irsiyyət, qan azlığı, dəmir azlığı, güclü həyəcan, iş rejimi ilə bağlı xroniki yorğunluq, qeyri-sağlam həyat tərzi, həmçinin qeyri-düzgün qidalanma, vitaminsizlik, güclü pəhrizlər, immunoloji problemlər, zob xəstəliyi, "jele", "sprey"lər, metal daraqlar, fenlərdən istifadə, saç qaynaqları və s. kimi amillər var". Saç tökülməsinin geniş yayılmış səbəblərindən biri orqanizmdə dəmir çatışmazlığıdır. Qadınlar aybaşı dövründə təbii qan itkisi səbəbindən menstruasiya zamanı tez-tez dəmirdefisitli anemiyadan əziyyət çəkir. 

Bu vəziyyətin ilk klinik təzahürləri dəri, dırnaq və saçlar tərəfdən müşahidə olunur.

Stress vəziyyətləri və vegetativ sinir sisteminin pozulmaları baş dərisinin damarlarının daralmasına gətirib çıxarır. Arasıkəsilməz streslər zamanı damarlar normaya qayıda bilmir; bu isə saçların tökülməsinə səbəb olur, belə ki, saç follikllarının qidalanması pisləşir.

Orqanizmin xroniki xəstəlikləri, xüsusən də endokrin pozulmalarla yanaşı gedən patologiyalar tez-tez saçların tökülməsi ilə müşayiət olunur. Qalxanabənzər vəzin xəstəlikləri, yumurtalıqların polikistozu, pnevmoniya və sifilis saç tökülməsini təşviq edə bilər.

İnsan saçı çox unikaldır. Saçın hər bir tükünün özünə məxsus unikal həyatı var. Tüklər bir-birinə bağlı olmadan yaşayırlar. İnsan saçı o qədər unikaldır ki, həm də daxili orqanlarda olan bir problemin aynası ola bilər. Bədəndə toksinlər yığılanda, daxili orqanda problem yarananda saçın rəngində, quruluşunda, parlaqlığında, qalınlığında problem yaranar. 

Saç tökülməsi özünü adətən, yaranandan 2-3 ay sonra büruzə verir. Yəni, yazda və payızda tökülən saçlar yay və qış aylarında yaranan problemlərin təzahürüdür. Yaz aylarında saç tökülməsi qışda soyuğun, orqanizmin vitaminlərlə təchizatının azalmasının təsirindən baş verir. Yaz gələndə qan dövranında baş verən dəyişikliklər, qeyri-sabit hava şəraiti və digər amillər saçın inkişafına bilavasitə təsir edir.Yayda vitamin qəbulu çox olsa da, saçların hər gün yuyulması, günəşin mənfi şüalarına, o cümlədən dənizin duzlu suyuna məruz qalması özünü payız aylarında göstərir və saçlar tökülməyə başlayır.

Saç telinin sıxlığı, qalınlığı, rəngi, xaraterik özəlliyi irqə, yaşa, cinsə və yaşadığı yerə görə dəyişir. Orta yaşlı sağlam bir insanın ümumi olaraq bədənində orta hesabla 5 milyon tük vardır. Baş dərisini örtən tüklərin sayı isə 100 000 ilə 150 000 arasında dəyişir. Yeni doğulmuş körpənin baş dərisinin hər 1 kv.sm-də 1 100 saç kökü mövcuddur. Sarışınlarda bu say qara saçlılardakına nisbətən çoxdur. 25 yaşındakı bir insanda bu say 600-ə düşür. 30-50 yaş arasında bu rəqəm 250-300 həddindədir. Saç teli normal olaraq 1 ayda 6-12 mm uzanır və normal ömrü ərzində 3 dövrə aid edilir:

1- Anogen dövr - 2-8 il davam edir, bu zaman ərzində saç davamlı böyüyür.

2- Katagen dövr - 2-4 həftə davam edir, saç follikulunun dərinliyi azalır.

3- Telogen dövr - 3-4 ay sürür, saç dincəlir, yəni uzanmır və dövrün sonunda saç kökündən ayrılır və düşdüyü yerdən yeni bir saç çıxır.

Azərbaycanda sutka ərzində 50-70 tük tökülməsi norma sayılır. Ancaq o şərtlə ki, bir o qədər də yeni tük əmələ gəlmiş olsun. Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, saçlar daha az töküləcək. Düşən tel, əsasən, qocalan, ölən, yəni tökülməsi labüd olanlardır. Elə ki, tüklərin tökülməsi çoxaldı, sürətləndi, intensivləşdi, deməli, narahat olmaq lazımdır. 

Saçla bağlı xəstəliklər olduqca çoxdur.

Əgər saç tökülməsi daxili orqanlarla bağlıdırsa, bu zaman xəstə digər uyğun həkimlərə yönləndirilir və daxili orqanlarda yaranmış problem müalicə yolu ilə aradan qalxarsa, saç tökülməsi də dayanar. 

Hamilə qadınlarda rast gəlinən saç tökülməsi hamiləlik zamanı orqanizmin yenidən qurulması hormonların dəyişməsi bir sıra maddələrə tələbatın artması və onların orqanizmdə çatışmazlığının yaranması nəticəsində baş verir.

Saçlar daima diqqət və qulluq tələb edir. 

Xanımlar çoxu saçlarını yuduqdan sonra hədsiz dərəcədə tökülməsi şikayəti ilə müraciət edirlər. Duş zamanı isti suyun təsiri, eyni zamanda şampunların yumşaldıcı təsiri saç diblərinin boşalmasına səbəb olur. Yəni, sutka ərzində 50-70 tük tökülürsə, yuduqda bu rəqəmi ikiyə vurmaq lazımdır. Nəmli saçlarla yatmaq da saçların daha çox tökülməsi ilə nəticələnir. Ona görə də saçları yuduqdan sonra qurudulmasına diqqət edilməlidir.

Ölkəmizdə hər üç kişidən birində kəskin saç tökülməsi ortaya çıxır.

Allopesiya başın və gövdənin müəyyən sahələrində tüklərin seyrəkləşməsi və ya tamamilə yoxa çıxması ilə nəticələnən patoloji saç tökülməsidir. Bu xəstəlik insanlara hələ b.e.ə. 400-cü ildən məlum idi. Estetik problem sayılan allopesiya insanları yaradılışdan bugünə kimi narahat edib və edir. 

Kişilərdə saç tökülməsinin 95%-i androgenetik tip allopesiyanın nəticəsidir. Hər 3 kişidən biri bu tip allopesiyadan əziyyət çəkir. Qadınlarda isə bu rəqəm 20-90% arasında dəyişir.

Kişilərdə saçların tökülmə dərəcəsi Norvud şkalası ilə ölçülür. Kişilərdə saç tökülməsinin səbəbi irsidir. Buna əsas Saç tökülməsi irsi olaraq kişilər arasında daha çox görünür.Qadınlarda saç tökülməsi isə Lyudviq şkalası ilə ölçülür. Kişi cinsiyyət hormonu testosteron tük follikullarında olan 5-alfa-reduktaza fermentinin təsirindən dihidrotestosterona çevrilərək aktivləşir, follikulları zədələyir və onların distrofiyası baş verir. Tüklər nazilir, 10-12 ildən sonra isə follikulların yerini birləşdirici toxuma tutur və saçlar tamamilə tökülür. Bu 3 səbəbdən baş verə bilər: qanda testosteronun həddən artıq olması, 5-alfa-reduktaza fermentinin aktivliyinin artması, tük follikullarının dihidrotestosterona qarşı həssaslığının artması. Bu tip allopesiyanın yaranmasında irsi faktoru da unutmaq olmaz. 70-75% hallarda ana xətti ilə keçir (atadan qızına, qızdan da oğluna). Əgər bu saydan çox saçtökülmə olarsa, bu zaman həkim-trixoloqlara müraciət etmək lazımdır". Amma insan bədəni sağlam olsa belə, saçda problem yaranması mümkündür".

Müalicə metodlarına aiddir:

Saç üçün tonik, şampun və maskalar.

Xalq təbabəti-gənəgərçək, duzlu su ilə yaxalamaq, badam, qoz yağı, bal və yumurta sarısı və s. maskalar.

Fizioterapiyada xalq təbabəti tonik və maskalarla, Darıdağ müalicəvi duzu, dəniz duzlu su ilə yaxalamaq, yerli müalicə üsulları tük follekullarının qan dövranının və qidalanmasının yaxşılaşmasına xidmət edir.

Saç üçün duzun istifadəsi.

Çox təsirli müalicəvi və profilaktik vasitə kimi duzlu saç maskalarını qeyd etmək olar. Saç follikullarının aktivliyini stimullaşmasında, kəpəklə və saç tökülməsi ilə mübarizə aparmaqda, saçların möhkəmlənməsində, saçlararın sağlam, parlaq və yumşaq olmasında duz böyük rol oynayır. Skrab kimi baş dərisinə təsir edir. Nəticədə dəri ölmüş hüceyrələrdən, artıq piydən azad olur ki, bu da öz növbəsində baş dərisinin qan dövranını yaxşılaşır. 

Qablaşdırılmış Darıdağ müalicəvi duzu ilə saçları yaxalamaq.

 

Əgər ki, daxili orqanlarınızda heç bir xəstəliyini yoxdursa bu zaman qablaşdırılmış Darıdağ müalicəvi duzu saç tökülmələrinin qarşısını alır. Darıdağ Müalicəvi duzundan saç tökülmələrinə qarşı müalicənin müddəti 10 seansdır. Hər istifadədə 10 litrlik suya 50-100 qram Darıdağ duzu qarışdıraraq saçlarınızı yuyun, saç tökülmələrinin qarşısını alın. 10 müalicə müddətində saçları şampunla yumaq məsləhət deyil.

Aşağıda duz ilə hazırlanan maskalar qeyd olunub. 

- 3 xörək qaşığı qatıla 2 xörək qaşığı dəniz duzu (apteklərdə satılır) yaxşı qarışdırın və baş dərisinə çəkib yaxşı-yaxşı massaj etmək. Daha sonra maskanı 1 saat ərzində saxlamaq və sonra saçları yumaq. 

- 2 xörək qaşığı 1 yumurtanı yaxşı çalın, dəniz duzu, 1/2 limonun şirəsini əlavə edərək yaxşı qarışdırmaq və baş dərisinə çəkib massaj etmək. Maskanı 1 saat ərzində saxlamaq və sonra saçları yumaq.

- 2 xörək qaşığı dəniz duzu və blenderdə əzilmiş bananı əlavə edıb qarışdırmaq və baş dərisinə çəkib massaj etmək. 1 saatdan sonra saçları yumaq.

Əgər ki, baş dərisində hər hansı səpgilər, yaralar və s. varsa, bu maskalardan istifadə etmək olmaz.