Dünyanın ən məşhur duz dağları

Dünyanın ən məşhur duz dağları

 Günümüzde meydana gələn müalicə profilaktik növlərindən biri duz müalicəsidir. Tarix boyunca təmiz rafinə edilməmiş qaya duzunun ağ ciyərlərdə antibakterial ve antimikrob faydaları olduğu qəbul edilmişdir. Son illərdə bir çox xəstəliklərin müalicə və profilaktikası üçün duz mağaralarında olunan ziyarətlər təbii duz mağarasının inanılmaz sağaldıcı təsirindən dolayı artmaqdadır. Dünyanın bir çox ölkələrində istifadə olunan bu metod duz müalicəsinin bizim də ölkəmizdə geniş yayılacağına ümid edirik. Duz mağaralarında müalicə - Haloterapiya hansı xəstələrə lazımdır?

Duz - təbiətin həkimi hesab olunur. Duz mağaraları qədimdən olub və bu günə kimi yaxşı saxlanılıb. İndiyə kimi müasir tibbdə bir çox xəstələr üçün duz mağaralarını müalicə mənbəyi kimi təyin edir. Haloterapiya hələ qədim yunan dövründən var. Mənası duzla müalicə deməkdir. Bir çox mənbələrə əsasən artıq uzaq ölkələrə gedib, duz mağarası axtarmağa gərək yoxdur. Bir çox sağlamlıq mərkəzləri və kurortlar da xüsusi duz blokları olan yerlər hazırlanıb. 

Kimlərə haloterapiya uyğundur:

Duz buxarı ilə nəfəs almaq əsasən bu xəstələrə dərman müalicəsi ilə yanaşı lazımdır:

1) Bronxial astma - yüngül mərhələdə

2) Xroniki, allergik bronxit

3) Xroniki haymorit

4) Frontit

5) Dəri problemləri: furunkulez, akne

6) Hipertoniya

7) Bəzi allergiyalar

8) Depressiya, əsəb və nevrozda

9) Tənəffüs yollarının kəskin xəstəlikləri

10) Emfizema 

11) Burun tıxanıqlığı

12) Orta qulaq iltihabi

13) Yuxu pozulmaları

14) Pnevmoniya

15) Öskürək

16) Xırıltı

17) Mikozal ödəm

18) Soyuqdəymə

19) Sinuzit 

20) Tonzilit

21) Endokrinoloji xəstəliklər

22) Egzema ve ya digər dəri xəstəliklər

 

Qrip və viruslardan qorunmaq üçün orqanizmi möhkəmləndirmək üçün Duz mağarası və ya otaqlarında müalicə ildə 2 kurs aparılmalıdır. 1 kurs 10 gündür. Kursu və vaxtı həkim diaqnoza əsasən təyin edir.

Duz mağarasında düzgün nəfəs almaq vacibdir. Bunun xüsusi texnikası var: tənəffüs sakit, dərin, rahat olmalıdır.

Evdə duzla tənəffüs:

Hazırda satışda xüsusi duz lampaları var. Onlarla evdə müalicə və profilaktika etmək olar. Bu lampalar otağın havasını da yaxşılaşdırır, havanı gümüş, xlor ionları ilə zənginləşdirir. Duz lampası sinir sistemini sakitləşdirir, baş ağrılarını azaldır, tənəffüsü yaxşılaşdırır. Düzdür, bu lampanın təsirini duz mağarasının gücü ilə müqayisə etmək olmaz.

Haloterapiya uşaqlar üçün də faydalıdır. Tez-tez xəstələnən, qrip olan, öskürən, hiperaktiv və allergiyalı uşaqlara bir neçə kurs müalicə etmək olar.

Kimlərə olmaz:

Duzla müalicənin faydalarını bilib, özbaşına müalicə almaq üçün duz mağarasına getmək olmaz. Çünki duz mağarası vərəm, bədxassəli şişlər, pnevmaniya, qanaxması, hərarəti olan, ağır ürək çatışmazlığı, narkotik istifadəçisi, ağır hepatit xəstələrinə olmaz. Hamilələrə qəti qadağandır. Bir də arıqlamaq istəyənlər üçün də uyğundur, çünki duz havası alarkən maddələr mübadiləsi güclənir və artıq çəki azalır. 

 

Dünyanın ən böyük duz mağarası:

 

İsrail tədqiqatçılarının bildirdiyinə görə, Ölü dəniz sahilində aşkar edilən nəhəng mağara dünyanın ən böyük duz mağarasıdır. İsrailin Ölü dənizin cənub sahilindəki Sodom dağı özü bir möcüzədir. Bu dağın unikallığı ondan ibarətdir ki, palçıq və tozdan başqa bura bütünlüklə duzdan ibarətdir.  Ölü dənizin səviyyəsindən 226 metr hündürlükdə yerləşən dağın uzunluğu səkkiz kilometr,  eni isə  beş  kilometrdir. Lakin Sodom dağının uzunluğu altında nələr olduğu inanılmazdır. 

Malham mağarasında Ölü dənizə doğru istiqamətlənmiş 10 km uzunluğunda olan yollar və otaqların yeri hələ iki il bundan əvvəl qeyd edilmişdi.

İncilə görə, Lut peyğəmbərin arvadı bu ərazilərdə duz sütununa çevrilib.

Duz mağarası və duz dağları qeyri-adi gözəllikdə olsalar da, bu gözəllik uzun sürmür, çünki sular onları çox tez və asanlıqla yuyub aparır. Ölü dənizin bu quraqlıq sahilindəki Məlhəm mağarası dünyanın ən gənc duz mağaralarından biridir.Duzdan olan Məlhəm mağarası suyun duzu və sütunları əritdiyi üçün daim dəyişir. Vaxt keçdikcə yağışın mağaranı daha da uzadacağı güman edilir, araşdırmaçılar bildirib. Yağış suları səthdəki dəliklərdən keçərək duzu əridir və Ölü dənizə doğru kanallar əmələ gətiir.

Malham mağarasının İsrailin ən böyük dağı olan Sodomdan keçən hissəsi hələ 1980-ci illərdə işarələnmiş. Qeyd etdiyimiz kimi, iki il bundan əvvəl İsrail Mağara Tədqiqatçıları Klubundan Yoav Neqev işi yekunlaşdırmaq qərarına gəlir və araşdırmaçı və mütəxəssislərdən ibarət komanda yaradır.Mağarada nahar fasiləsi zamanı Qüdsdəki Hebrew Universitetindən olan Boaz Langford bildirib ki, tədqiqatçılar yeməklərinin duzsuz olduğunu hiss ediblər.

Biz qayalardakı duzlardan qoparıb yemək üçün istifadə edirdik" o deyir.

Malham mağarası İranın Qəşəm adasındakı 6.85 km uzunluğu olan Üç Çılpaq adlı mağarasının 13 illik rekordunu təzələyib.

Qüdsün Hebru universitetinin bu yaxınlarda başa çatdırdığı tədqiqatlardan sonra İsrail özünün dünyanın ən böyük duz mağarası ilə öyünə bilər. Hebru universitetindən Boaz Lanqford: "İşi başa çatdırdıqdan sonra bu mağaranın onlarla kilometr uzunluğunda olduğunu, həm də dünyanın ən böyük duz mağarası olduğunu aşkar etdik. Bu, inanılmazdır. Bu, bir neçə kilometrdən onlarla kilometrə qədər dəyişir. Beləliklə, biz dünyada ən böyük duz mağarasının içərisində olduğunu deyə bilərik."

Məlhəm mağarasının elə yerləri var ki, hələ oraları görən olmayıb. Lakin araşdırmalara yardım edən speleoloqlar orada gördüklərindən heyran qaldıqlarını deyirlər. Efrahim Kohen: "İndi biz toy zalındayıq. Biz bu zala ona görə bu adı verdik ki, biz buraya sürünərək girəndə hər tərəfin ağ olduğunu, parıldadığını gördük. Çox gözəldir".

 

Duz dağının turizm imkanları:

 

Əvvəlcə onu deyək ki, dünyanın ən böyük duz ehtiyatlarından biri Çankırıdadır. Burada 500 milyon ton duz ehtiyatı olduğu bildirilir. Hər il 150 min tonadək duz çıxarılır. Çankırı qaya duzu mağarası Türkiyənin duza olan ehtiyacını qarşılamaqdadır. Duz yataqlarının Hittilər dövründən etibarən işlədiyi təxmin edilir. 

Bu məkan eyni zamanda şəhər turizminə böyük töhfələr verməkdədir. Beş min ilə yaxındır ki, istifadə edildiyi təxmin olunan mağara Çankırı şəhərindən 20 km məsafədə yerləşir. Uzunluğu 8 kilometrdir. Mağaranın girişindən sonra içəridə gördüyümüz mənzərə müasir bir avtomobil yolunu xatırladır. Mağaranın içərisində bir çox qalereyalar da yer alıb. 

Çankırı duz mağarasının ən diqqətçəkən məqamlarından biri də mağarada tapılan uzunqulaq cəsədidir. Təəccüblüsü odur ki, təxminən 200 il əvvəl öldüyü güman edilən heyvanın cəsədi bu müddətdə çürümədən qalıb. Bildirildiyinə görə, onu muzeyə aparıblar, lakin orada yavaş-yavaş çürüdüyünü görüncə təkrar mağaraya qaytarılıb. Mumyalanmış kimi görünən bu heyvan hazırda ziyarətçilərə sərgilənməkdədir. Burada duzdan “mumyalanan” dovşan cəsədi də saxlanılır. 

Muharrem Ovacıklı deyir ki, belə duz mağaralarını Naxçıvanda da var və indi bizdə olduğu kimi, onlar da bu məkandan sağlamlıq turizmi məqsədilə istifadə edirlər. Hazırda isə mağarada təmir-bərpa işləri aparılır. Hesab olunur ki, bu mağara astma və nəfəs çatışmazlığı olan xəstələrə qarşı müalicəvi xüsusiyyətlərə malikdir. Bununla bağlı olaraq mağaranın içərisində “Astma müalicəsi otaqları”nın qurulması üçün işlər görülür. 

Qaya duzundan hazırlanan lampanın tibbi faydası nədir? 

 

Müalicə mərkəzləri ilə birlikdə mağaradakı qalereyaların bəzilərinin muzeyə çevrilməsi və burada qaya duzu əsərlərinin sərgilənməsi də nəzərdə tutulur. 

Çankırıda əldə edilən qaya duzundan düzəldilən lampa şəklindəki heykəllər həm vizual baxımdan, həm də sağlamlıq baxımından ziyarətçilərin diqqətini çəkməkdədir.  Qeyd etdiyimiz kimi duz lampalarının təbii ionlaştırıcı təsiri yorğunluğa, nəfəs daralmasına, astma ağrılarına, allergiyalara, dəri xəstəliklərinə qarşı effektli olduğu bildirilir. 

Onu da qeyd edək ki, insanların marağı nəzərə alınaraq bu lampaların satışı da təşkil olunub. Lampanın içindəki işığın yanması ilə duz isinir və havaya istilik yayılır. Məsələn, 2-3 kiloqramlıq duz lampası yetərli temperatura çatanda 10 kvadratmetrlik bir məkanın havasını 300 faizə qədər daha təmiz hala gətirir.

 

Süfrə duzu:

 

Almaniyanın Heringer bölgəsindəki bu qeyri-adi dağ natrium xloriddən, süfrə duzundan və potasın əlavə məhsulundan ibarətdir.

 Qaya daş mədəni, bölgədə 100 ildən çox müddətə mövcud olan bir sənayedir.  1903-cü ildə dulusçuluq biznesinin açılması ilə başlamış və bu gün istismar yeri ilə dünyanın ən böyük kalya mədəninə çevrilmişdir.

 Kalium mədəni 20 ilə 35 faiz arasında olan potasyum və natrium xlorid ilə qarışdırılır.  Qazılan hər ton üçün bir neçə ton natrium xlorid (duz) istehsal olunur.

 Yerdən 200 metr yüksəklikdə, səthi sahəsi 93 hektar və təxminən 188 milyon ton duz olan bu dağa hər saatda 900ton duz əlavə olunur.

Türingiya əyalətinə bitişik Monte Kali duz dağı da məşhur bir turizm yeridir.  Hər il 10 mindən çox ziyarətçi dağa dırmaşır yerli insanlar tərəfindən Kalimanjaro adlanan əraziyə, ancaq Monte Kali və bölgədəki digər dağlar ətraf mühiti məhv edir.  Çox duz torpağa, çayları və yeraltı sularını çirkləndirir.

 Bu ərazinin ətrafındakı torpaq çox təsirsizdir və duza dözə bilən bir neçə duzlu torpaq bitkisi böyüyür.  Şirin su orqanizmləri Werra çayında yaşamır.

 Dünyanın ən böyük kalium mədənində istehsal olunan süfrə duzu ilə istehsal olunan 200 metrlik dağ ətrafa zərərli olduğundan ictimaiyyətin diqqətini çəkir.