Revmatik poliartrit xəstəliyinin müalicəsi

Revmatik poliartrit xəstəliyinin müalicəsi

Revmatik poliartrit, yəni oynaq revmatizmi avtoimmun xəstəlikdir. Bədənin öz oynaqlarına hücumu kəskin ağrı, şişkinlik və hərəkətliliyin itirilməsinə səbəb olur. Xəstəlik bütün dünyada milyonlarla insanın əlil vəziyyətinə düşməsinə səbəb olub, amma xəstəliyin erkən diaqnostikası həkimlərə onun qarşısının alınmasında kömək edə bilər.

Revmatizm xəstəliklərinin əsas səbəbi immun sistemində olan problemlər olur. Belə ki, immun sistemi infeksiyalar, bakteriyalar, viruslarla mübarizə aparmaq əvəzinə sağlam toxumalarla mübarizə aparır. Bu da bu tip xəstəliklərə gətirib çıxarır. Bəzi hallarda isə oynaqlarda, əzələlərdə, sümüklərdə, onları bir-birinə bağlayan bağlarda, vətərlərdə yaranan zədələnmələr xəstəliyə səbəb olur. Xəstəliyin yaranmasında genetik, yaş, cinsiyyət faktorları da rol oynayır.

Bir çox insan soyuq havaların revmatizm ağrılarını artırdığını və hətta yaratdığını düşünür. Amma bu, tam olaraq belə deyil. Sadəcə olaraq soyuq və rütubətli havalarda oynaqların içində olan az miqdarda maye daha da durulaşır. Bu da ağrılara səbəb ola bilər ki, bu, sağlam insanlarda da müşahidə edilə bilər. Ancaq soyuq və ya rütubətli havalar təkbaşına revmatizm xəstəliyini yaratmaz.

Darıdağ müalicəvi duzu ilə qarışdırılmış su vannası revmatik poliartrit xəstəliklərinin müalicəsində uğurlu bir vasitə kimi istifadə oluna bilər.