Ginekoloji xəstəliklərin müalicəsi

Ginekoloji xəstəliklərin müalicəsi

Uşaqlığın mioması – uşaqlığın divarından, yetişməmiş miositlərindən inkişaf edən xoşxassəli şişdir. Bu törəmələrin sayı bir və daha çox ola bilir. Ölçüləri dəyişkəndir: düyü boyda da ola bilir, qreypfrut (sitrus meyvəsidir) boyda da. Mioma ya uşaqlığın divarında yerləşir, yaxud nazik ayaqcıqla kənara çıxır. Mioma böyüyüb ətraf toxumaları sıxmadıqca simptomsuz olur, yəni heç bir əlamətlə özünü büruzə vermir. Ayaqcıq üzərində olan miomalar bəzən burulur, bu zaman əmələ gələn düyünə qan getmir, nəticədə təcili cərrahi əməliyyat tələb edən kəskin ağrılar başlayır.

Bu xəstəlik qadınları cavan yaşda yaxalayır. Miomalara adətən 30-45 yaşlarında rast gəlinir, menopauza dövründə isə onlar kiçilə, bəzən yoxa çıxa bilirlər. Təbiətən xoşxassəli şişlər olan miomalar nadir hallarda bədləşir. Ancaq bir incəliyi nəzərdən qaçırmaq olmaz: böyük miomalar yalançı hamiləliyə və yaxud sonsuzluğa səbəb ola bilirlər! Buna görə də çox diqqətli olmaq lazımdır.

Uşaqlığın mioması öz strukturunda birləşdirici toxuma və qan damarlarının olduğu əzələ toxumasından inkişaf edir, ona görə də parenximanın (əzələ toxuması) və stromanın (birləşdirici toxuma) bir-birinə olan nisbəti nəzərə alınaraq müxtəlif cür adlandırılır: mioma, fibroma, fibromioma, leyomioma.

Bu tipli xəstəlikləri olan qadınlar Darıdağ müalicəvi duzu ilə vanna qəbul edə bilərlər.