Fəqərə diskinin sıxılmaları xəstəliklərinin müalicəsi

Fəqərə diskinin sıxılmaları xəstəliklərinin müalicəsi

Bel fəqərə arası disk yırtıqları vücudumuzun ağırlıq mərkəzinin iki aşağı bel fəqərələrinə (L4-L5) düşdüyünə görə ən sıx rast gəldiyimiz onurğa problemləridir. Yaş irəlilədikcə disklərin tərkibindəki maye azalır və disklərin elastikliyi azalmağa başlayır. Müəyyən şəxslərdə, məsələn ağır çəkili insanlar, ağır yük daşıyanlar, uzun müddət sabit vəziyyətdə qalan, passiv həyat tərzi keçirən insanlar, daimi vibrasiya məruz qalan sürücülərdə maye normalda olduğundan daha sürətlə azalaraq, diskin elastikliyi və yastıq funksiyası pozulur və mütəmadi olaraq diskin içərisindəki yumşaq maddə qurumuş və çatlamış zarı yırtıb bayıra doğru çıxmağa çalışır.

Bu dövr yırtıq öncəsi dövr, tibbi terminlə desək, diskin protruziyası adlandırılır. Çatlamış zarı yırtıb artıq bayıra çıxmış disk isə yırtılmış disk və ya başqa adla diskin ekstruziyası adlanır. Bayıra doğru çıxan disk sinir köklərinə təzyiq edərək bir sıra nevroloji pozğunluq yaradır.

Bel fəqərə arası disk yırtıqları zamanı adətən ilk görünən əlamət bel ağrısıdır. Erkən dövrdə görünən lokal ağrılar qarşısı alınmazsa və müalicə olunmadıqda getdikcə artan sinir kökünün sıxılması nəticəsində sinir kökündən ayrılan sinir boyunca yayılan ağrılar əmələ gətirər. Ağrılar adətən birtərəfli olur. Bel yırtıqlarında yırtılmış disk sinir kökcüyünü sıxan zaman bud və baldırın arxa-yan hissəsi ilə dabana qədər yayılan kökcük ağrıları əmələ gətirir, güclü ağrılar xəstəni həkimə getməyə məcbur edər.

Əgər yırtılmış disk daha da böyüyüb spinal kanalın böyük bir qismini tutubsa, şikayətlər hər iki ayağa yayıla bilər. Sinir köklərinin sıxılması artdıqca aşağı ətraflarda uyuşma, keyimə, qarışqa gəzməsi kimi hissi pozuntular, həmin ətrafda atrofiya, yəni əzələ kütləsinin itirilməsi və arıqlaması, nəticə etibarilə ayaqda parez dediyimiz gücsüzlüyə gətirib çıxarır. Eynilə disk yırtığının ağır mərhələlərində onurğa beyni qurtardıqdan sonra “at quyruğu” adını alan kökcüklərin sıxılması nəticəsində sidik-ifrazat funksiyasının pozulması baş verə bilər.

Bu kimi hallarda Darıdağ müalicəvi duzu ilə vanna qəbul etmək ağrıların azalmasına və yırtıqların tədricən bərpasına kömək edir.