Saç tökülmələrinin müalicəsi

Saç tökülmələrinin müalicəsi

Saçlar görüntümüz üçün xüsusi rol oynayır. Onların sağlamlığı və gözəlliyi də hamımız üçün olduqca vacibdir. Ancaq təəssüf ki, bir çoxumuz həyatımızın müxtəlif yaş intervallarında saç tökülməsi problemi ilə qarşılaşırıq. Bunun da səbəbləri düzgün qidalanmama, vitamin çatışmazlığı və stress ola bilər. Kişilərdə saç tökülməsinin səbəbi irsidir. Saç tökülməsi irsi olaraq kişilər arasında daha çox görünür.

Qadınlarda isə irsi tökülmələr daha az olur. Kişilərdə başın ön tərəfində, orta hissədə saç dibində olan enzim var. Enzimə bağlı kişilik hormonunun təsiri altında saçlar tökülməyə başlayır. Bu, genetikdir. Ata-ananın genində varsa, övladlarda da ortaya çıxa bilər. Bu enzim arxa tərəfdə olmadığı üçün orada saç tökülməsinə demək olar ki, rast gəlmirik.

Qadınlarda saç tökülməsi varsa, bunun fizioloji, yoxsa patoloji olduğunu dəyərləndirmək lazımdır. Əslində normal halda saç tökülməlidir. Gündə yüz, yüz əlli dənə saç tökülürsə, bu normalıdır. Saç tökülür və yerinə yenisi bərpa olunur. Əgər bərpa olunursa, saçda seyrəlmə olmursa, deməli, bu, fizioloji tökülmədir, yəni normal haldır. Amma tökülmə fazasından sonra böyümə fazası gəlmirsə, saç ümumi seyrəlirsə bunun bir çox səbəbləri ola bilər.

Ürək, təzyiq dərmanları, adi bir iştah açıcı dərman da saçda tökülmə yaradır. Tüklər həmin dərmanlara belə, cavab verib tökülə bilər. Saçların tökülməsinin səbəbi bədəndə olan qansızlıq, dəmir alığı da olar. Saçlar yaxşı qidalanmır deyə tökülə də bilər. Qalxanvari vəzdə olan problemlər zamanı saçlar seyrəlir, incəlir, matlaşır, parlaq olmur.

Bəzən hamiləlikdən sonra saç çox tökülür, çox seyrəlir, amma bu normalıdır, yəni fiziolojidir. Uşaq dünyaya gələndən iki ay sonra saçlar tökülür. Bu isə uşağın on ayına qədər davam edir. Doğuşdan sonrakı on ay ərzində tökülmə davam edir. Bu, normal haldır. Bəzən tökülmə doğuşdan sonra qansızlıqla da bağlı ola bilər. Əksərən isə qan azlığı olmayanda belə tökülmə olur. Heç bir tədbir görülməsə də, bu hal aradan qalxır, saçlar özü-özünə bərpa olunur.

Darıdağ müalicəvi duzu ilə saçları yumaq saçların tökülməsinin qarşısını alır və saç tökülmələrində saçların bərpa olunmasını sürətləndirir.